Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 06:53

Qüdsdəki xristianlara çağırış: Müqəddəs torpaqdan getməyin


Qüdsdə Santa Klaus
Qüdsdə Santa Klaus

Qüdsdəki (Yerusəlim) katolik kilsəsinin rəhbəri xristianları Müqəddəs torpaqda qalmağa və yaşamağa çağırıb.

Pierbattista Pizzaballa Vifleyemdəki Müqəddəs Katerina kilsəsində ayində dünya liderlərini siyasətdə “cəsarətli, real və ciddi olmağa” çağırıb.

Pizzaballa Müqəddəs torpaqdakı xristianları “sayımızın azalmasına, maddi çatışmazlıqlara və təhlükəsizlik problemlərinə baxmayaraq”, regionda qalmağa çağırıb.

XRİSTİANLAR MÜHACİRƏT EDİR

Araşdırmalar regiondan xristian miqrasiyasınn gücləndiyini, çoxlarının siyasi və iqtisadi səbəbləri əsas gətirdiyini göstərir.

Elə Milad bayramı tədbirlərinə qatılanların sayı da həmişəkindən az olub. Görünür, zorakılıqlar sarıdan narahatlıq təsirini göstərib.

*** Buna da bax: Milad haqqında hər şey

Milad bayramında zorakı insident qeydə alınmayıb. Ancaq son üç həftədə İsrail əsgərləriylə toqquşmalarda azı 9 fələstinli dünyasını dəyişib. ABŞ prezidenti Donald Trump Qüdsü İsrailin paytaxtı kimi tanıyandan sonra regionda durum gərginləşib.

Fələstinlilər Qüdsü gələcək dövlətlərinin paytaxtı sayırlar. İsrail Qüdsün şərqini ilhaq edərək şəhəri paytaxtı elan edib, ancaq beynəlxalq ictimaiyyət bu addımı tanımayıb.

Pizzaballa “gələcəyimizi müəyyənləşdirmək gücündə olanları, siyasətçiləri cəsarətli olmağa, riskə getməkdən, tək qalmaqdan qorxmamağa, hər kəsin baxışını nəzərə almağa” çağırıb.

“İndi bizə real və ciddi siyasət həmişəkindən artıq lazımdır. Keçmişin və indinin xeyli məyusluqlarına baxmayaraq, qətiyyətli olun, öz baxışınızdan əl çəkməyin”, – o deyib.

Fələstin Muxtariyyətinin prezidenti Mahmoud Abbas, hökumət rəsmiləri və xarici diplomatlar Vifleyemdə Gecəyarısı Ayininə qatılıblar. Çoxları İsa Məsihin burada dünyaya gəldiyinə inanır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG