Keçid linkləri

2018, 22 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 04:54

Kabildə kəşfiyyat qurumunun yaxınlığında partlayış olub


Kabil, arxiv fotosu

Dekabrın 25-də səhər Əfqanıstan paytaxtı Kabildə milli kəşfiyyat agentliyi yaxınlığında intiharçı özünü partladıb, azı altı dinc sakin öldürülüb.

ABŞ səfirliyi və NATO-nun qərargahı da həmin ərazidə yerləşir.

Hücuma görə məsuliyyəti İslam Dövləti (İŞİD) ekstremist qruplaşması üzərinə götürüb.

Səhiyyə Nazirliyi sözçüsü azı üç nəfərin xəsarət aldığını və xəstəxanaya aparıldığını bildirib.

Təhlükəsizlik qüvvələri əraziyə gedən əsas yolu bağlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG