Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 19:18

SOCAR-in zavodunda qəzada işçi ölüb


SOCAR

Dünən, dekabrın 23-də Etilen-polietilen zavodunda bədbəxt hadisə baş verib.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.

Məlumatda bildirilir ki, Sumqayıtdakı Etilen-polietilen zavodunun ərazisində yerləşən anbar binasının təmiri zamanı qəza olub.

“Azərikimya” istehsalat birliyinin təmir-tikinti idarəsinin işçiləri quraşdırıcı çilingər Əlövsət Məmmədov və elektrik qaz qaynaqçısı Toğrul Əzizli avtosəbətdə işləyərkən, avtosəbətin oxunun sınması nəticəsində yerə düşüblər.

Buna da bax: Əli Həsənovun nəvəsi: 'Bəlkə də o, qəzadan əvvəl ölmüşdü...' [yenilənib]

Dərhal hadisə yerinə çağırılan təcili tibbi yardım hər iki işçini xəstəxanaya çatdırıb. Həkimlərin səylərinə baxmayaraq, 16-00 radələrində Əlövsət Məmmədov vəfat edib. Toğrul Əzizlinin həyatı hazırda təhlükə altında deyil. Hadisə ilə bağlı araşdırma aparılır”, - deyə məlumatda vurğulanır.

Xatırlatma

Bu zavod 2011-ci ildə əsas təmir olunub . Bu il zavodda yenidən əsaslı təmir işləri başlayıb.

Dövlət başçısının 2010-cu ildə verdiyi fərmanla "Azərikimya" İstehsalat Birliyi (İB) SOCAR-ın tabeliyinə verilib.. “Azərikimya" İB-nin strukturuna "Etilen-Polietilen" zavodu (“EP-300”, “Polimer-120” istehsalatlarından, izopropil spirti istehsalı sahəsindən, Buxar və elektrik enerjisi istehsalatından ibarət) və Təmir-tikinti İdarəsi daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG