Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 04:07

Gürcüstan hökumətinə etimad səsverməsi keçirilib


Giorgi Kvirikashvili

Gürcüstanın baş naziri Giorgi Kvirikashvili, yenidən qurduğu hökumətiylə birlikdə parlamentdə etimad səsverməsindən keçib.

Dekabrın 21-də baş tutmuş səsvermədə 103 deputat hökuməti dəstəkləyib, 17 nəfər əleyhinə səs verib.

Bu səsvermə hökumətin strukturu barədə qanuna noyabrda qəbul olunmuş dəyişikliklərdən dolayı keçirilirdi. Dəyişikliklər nəticəsində nazirliklərin sayı 18-dən 14-ə salınıb.

Kvirikashvili yenidən qurulmuş hökumətdə də bəzi dəyişikliklər təklif edib.

Etimad səsverməsindən bir gün öncə Kvirikashvili müxalifətin Vahid Milli Hərəkatını (ENM) təmsil edən deputatlarla görüşüb. Görüş baş nazirlə ENM-dən deputat Nika Melia arasında söz savaşıyla bitib. Tərəflər bir-birini səriştəsizlikdə və qeyri-peşəkarlıqda ittiham ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG