Keçid linkləri

2018, 23 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 18:14

Dekabrın 23-də Bakı və Abşeron yarımadasında havanın arabir tutulacağı, gündüz saatlarında yarımadanın bəzi yerlərində çiskin olacağı bildirilir. Güclü şimal-qərb küləyinin əsəcəyi, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacağı təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında isə yağış, dağlıq ərazilərdə qar gözlənilir. Gecə 3-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG