Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 15:31

Johnson: Təhlükəsizlik sahəsində əməkdaşlıq edək


Sergei Lavrov (sağda) və Boris Johnson

Londonla Moskva qlobal təhlükəsizliklə bağlı əməkdaşlıq etməlidirlər. Bunu Britaniyanın xarici işlər nazri Boris Jonhson Moskvaya səfəri zamanı deyib. O, rusiyalı həmkarı Sergei Lavrov-a deyib ki, ikitərəfli münasibətlərdə “problemlər”ə baxmayaraq, Rusiyayla Britaniya “sülh və təhlükəsizlikdən ötrü birgə işləməlidirlər”.

Johnson-un fikrincə, bu iki ölkə beynəlxalq məsələlərdə əməkdaşlıq etməlidirlər.

Lavrov-sa deyib ki, Moskva danışıqların münasibətləri canlandıracaq “konkret addımlar”a aparmasını istəyir.

“Sirr deyil ki, əlaqələrimiz çox aşağı səviyyədədir”, – Lavrov söyləyib.

***

Dekabrın 22-də Britaniyanın xarici işlər naziri Boris Johnson Moskvada rusiyalı həmkarı Sergei Lavrov-la görüşür.

Son beş ildə ilk dəfədir ki, Britaniyanın xarici işlər naziri Rusiyaya səfər edir.

Johnson səfərdən öncə deyib ki, o, Rusiyanı Avropanı “sabitsizləşdirməkdən” əl çəkməyə çağıracaq.

Londonla Moskvanın münasibətləri Ukrayna və Suriya böhranları ucbatından gərginləşib. Üstəlik, Rusiyanın Avropa və Birləşmiş Ştatlarda siyasətə müdaxilə cəhdləri barədə iddialar var. Amma Rusiya bu iddiaları rədd edir.

“Rusiya Ukrayna da daxil olmaqla Avropa ölkələrində sabitsizlik yaratmağa çalışdığı müddətdə Rusiyayla münasibətlərimiz heç nə olmamış kimi davam edə bilməz”, – Johnson dekabrın 21-də bəyanatında deyib.

“Ancaq bir-biriylə danışmağımz beynəlxalq təhlükəsizlik baxımından vacibdir – kommunikasiyasızlıq və anlaşılmazlığın fəsadları ağır olur”, – o vurğulayıb.

Johnson-un sözlərinə görə, o, İranın nüvə proqramını məhdudlaşdırmağı hədəfləyən 2015-ci il sazişinin qorunmasını, Şimali Koreyanın yaratdığı təhlükəni, 2018-ci ildə Rusiyada keçiriləcək Dünya Futbol Çempionatıyla bağlı təhlükəsizlik məsələlərini müzakirə etmək istəyir.

Johnson dekabrın 17-də “Sunday Times” qəzetinə müsahibəsində Rusiyanı qədim yunan şəhər-dövləti olan Sparta kimi “qapalı, natəmiz, militarist və antidemokratik” adlandırıb.

Dekabrın 21-də isə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova Britaniyanı münasibətlərdəki gərginliyə görə suçlayıb. Zakharova daha öncə Johnson-u qeyri-peşəkar adlandırıb, onun məsxərəyə qoyulduğu onlayn karikatura müsabiqəsi təşkil edib..

Günün bütün mövzuları

XS
SM
MD
LG