Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 01:29

Məktəb direktorunun intihara cəhd etdiyi bildirilir


Ambulans

Dünən, dekabrın 21-i Göyçay rayonunda bir məktəb direktorunun intihara cəhd etdiyi bildirilir. Verilən məlumatlara görə, hadisə Göyçay şəhərinin Heydər Əliyev prospektində yerləşən 9 saylı orta məktəbin qarşısında baş verib.

Rayon sakini, Akif Qəribovun orta məktəbin qarşısında qolunun damarını kəsərək intihara cəhd etdiyi deyilir. İntihara cəhd olayını «Turan» agentliyinə rayon prokurorluğundan da təsdiq ediblər.

«Bu fakt ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmək həddinə çatdırma) maddəsi ilə cinayət işi qaldırılıb», - deyə rayon prokurorunun köməkçisi Füzuli Vəliyev bildirib.

İlkin ehtimal kimi A.Qəribovun bank borclarının olduğu göstərilir. Prokuror köməkçisi deyib ki, baş verənlərin səbəbi araşdırmalar başa çatanda bəlli olacaq:

«Cinayət işi üzrə bu gün, dekabrın 22-dən araşdırma başlayacaq və yəqin ki, səbəb dəqiq bilinəcək».

Hazırda Göyçay Rayon Mərkəzi Xəstəxanasında müalicə aldığı deyilən A.Qəribovun səhhətiylə maraqlansaq da, nə baş həkim, nə də cərrahiyyə şöbəsinin əməkdaşları telefona cavab verdilər. Amma xəstəxanadan adının çəkilməsini istəməyən bir şəxs A.Qəribovun səhhətinin yaxşı olduğunu söylədi:

«Dünən narahatlığı var idi, bu gün isə özünü yaxşı hiss edir».

Verilən məlumata görə, A.Qəribov Göyçay Rayon Mərkəzi Xəstəxanasına dekabrın 21-i gecə saatlarında gətirilib və dərhal əməliyyat olunub.

APA agentliyinin məlumatına görə, bəzi rayon sakinləri bildirib ki, A.Qəribov ondan yüksək məbləğdə pul tələb olunduğuna və pulu verə bilmədiyinə görə özünə qəsd edib. Ancaq bu deyilənlərə məktəb direktorunun yaxınlarından münasibət almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG