Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:38

İranda saxlanmış britaniyalı qadın vaxtından qabaq buraxıla bilər


Nazanin Zaghari-Ratcliffe

İranda bir neçə aydır həbs cəzası çəkən britaniyalı qadının vaxtından qabaq azadlığa çıxmaq ehtimalı yaranıb. Bunu 38 yaşlı Nazanin Zaghari-Ratcliffe-nin həyat yoldaşı dekabrın 21-də deyib. O, ötən ilin aprelində azyaşlı qızıyla İrana ailəsini ziyarətə gedərkən saxlanıb və ötən ilin sentyabrında hökuməti devirmək planı hazırlamaqda təqsirli bilinib.

Həyat yoldaşı Richard Ratcliffe-nin deməsinə görə, vəkili bu yaxınlarda öyrənib ki, bu iş üzrə “vaxtından qabaq həbsdən buraxılma ehtimalı var.”.

İranda məhbuslar cəzanın üçdə birini çəkəndən sonra erkən azadlığa çıxmaq hüququ əldə edirlər.

Zaghari-Ratcliffe-nin həyat yoldaşı bunu müsbət əlamət adlandırıb və “ehtiyatlı ümid” bəslədiyini bildirib.

BBC World Service Trust-ın keçmiş əməkdaşı olan Zaghari-Ratcliffe Thomson Reuters Fondunun xeyriyyə bölümündə çalışırdı. Ailəsi və Thomson Reuters onun İrana işiylə əlaqədar getmədiyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG