Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 01:05

Serbiya Rusiyadan daha çox silah almaq istəyir


Vladimir Putin (sağda) və Aleksandar Vucic Moskvada, 19 dekabr, 2017-ci il

Serbiya Rusiyadan hərbi vertolyotlar almaqla bağlı danışıqlar aparır. Bu ölkənin Rusiyadan başqa yeni silahlar almaq istəyi Balkanlarda gərginliyi artıra bilər.

Serbiyanın müdafiə naziri Aleksandar Vulin dekabrın 21-də dövlət televiziyasına deyib ki, prezident Aleksandar Vucic-in bu həftə Moskyava səfəri zamanı rusiyalı həmkarı Vladimir Putin-lə görüşündə ikitərəfli “hərbi əməkdaşlığın yüksək səviyyəsi barədə” razılığa gəlinib.

Vulin-in sözlərinə görə, Serbiya altı MI-17 vertolyotu almaq, həmçinin Rusiya vertolyotları üçün təmir bazası yaratmaq istəyir. Bu, Rusiya hərbçilərinin Serbiyaya gəlməsiylə sonuclanar.

Serbiyayla Rusiya eləcə də Buk-M1 və Buk-M2 raket sistemlərinin, altı əlavə MiG-29-un alınmasını, Belarusdan S-300 havadan müdafiə sistemlərinin daşınmasını müzakirə edirlər. Bunu Serbiya rəsmiləri deyib.

Oktyabrda Rusiya Serbiya hava qüvvələriən altı köhnə model MiG-29 qırıcısı verib, 30 işlənmiş döyüş tankı, 30 zirehli maşın da göndərəcəyini vəd edib.

Serbiyanın qonşusu Monteneqro bu yaxınlarda NATO-nun üzvü olub, digər Qərbi Balkan ölkələri də NATO-ya qoşulmaq niyyətini açıqlayıb. Bu baxımdan Serbiyanın silah alışı regionda narahatlıq yaradıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG