Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 04:41

Pence Kabilə qəfil səfər edib


Mike Pence Bagram hava bazasında

ABŞ-ın vitse-prezidenti Mike Pence Əfqanıstan paytaxtı Kabilə qəfil səfər edib. O, ABŞ və əfqan hərbçilərini 16 illik müharibədə “real irəliləyiş”ə görə alqışlayıb və prezident Donald Trump-ın yeni strategiyasının işlədiyini elan edib.

“Nəticələr həqiqətən də, bütün ölkədə görünməkdədir”, – o, Əfqanıstan prezidenti Ashraf Ghani və hökumət başçısı Abdullah Abdullah ilə prezident sarayında görüşdən sonra deyib.

Pence-nin sözlərinə görə, Ghani ona deyib ki, bu il əvvəlki illərdən daha çox taliban lideri öldürülüb.

Trump bu yay Əfqanıstandakı ABŞ hərbçilərinin sayının artırılması və ABŞ hərbi liderlərinə Talibana qarşı mübarizədə daha çox səlahiyyət verən strategiya açıqlayıb.

Pence dekabrın 21-də gecə hərbi təyyarəylə Bagram hava bazasına da gedib.

Günün bütün mövzuları

XS
SM
MD
LG