Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:13

Azərbaycan filmi Türkiyədə birinci oldu


Türkiyədə keçirilən Hak-İş Beynəlxalq Qısa Film Festivalında.
Türkiyədə keçirilən Hak-İş Beynəlxalq Qısa Film Festivalında.

Rejissor Amil Məmiyevin “Qara bağ” filmi (“Black Ribbon”) Türkiyədə keçirilən Hak-İş Beynəlxalq Qısa Film Festivalında “Ən yaxşı film” nominasiyasının qalibi olub.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, filmin baş qəhrəmanı Elxan Abbasov da (Elxan Yunis - red.) festivalın “Ən yaxşı kişi aktyor” mükafatına layiq görülüb. Ankarada baş tutan mərasimdə Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş qaliblərə mükafatları təqdim edib.

Festivalın rəsmi saytında “Ən yaxşı film” nominasiyasının 10 000 TL, “Ən yaxşı aktyor” nominasiyasının 1000 TL olduğu bildirilir.

Buna da bax: 2017-nin nəticələri: 'İş o yerə çatdı ki, hökumət mediasında çalışanlar da getdi'

Bu il 6-cısı düzənlənən festivalda 11 kateqoriyada mükafatlar verilib.

54 ölkədən 5404 filmin iştirak etdiyi festivalın mövzusu “Əmək” olub.

”Qara bağ” filmi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal edilib. Filmin quruluşçu rejissoru və ssenari müəllifi Amil Məmiyev, quruluşçu operator Rauf Qurbanəliyev, quruluşçu rəssam Əziz Məmmədov, bədii rəhbəri Cəmil Quliyev, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Elxan Abbasov, Vidadi Əliyev, Rasim Cəfərov və digərləri canlandırıblar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG