Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 09:09

Dindar xanımın 'bandotdel'də hədələndiyi bildirilir


Nardaran məhbuslarının məhkəməsi

«Müsəlman Birliyi» Hərəkatının üzvü Elnurə Zeynalova dekabrın 21-də DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılıb.

Bu haqda AzadlıqRadiosuna təşkilatdan məlumat verilib.

Bildirilir ki, dindar xanım saat 11 radələrində idarəyə gedib, üç saata yaxın orada saxlanılıb:

«Bu müddətdə ona müxtəlif suallar verilib, hədə-qorxu gəliblər ki, əgər bu yoldan geri çəkilməsə, aqibəti pis olacaq. Hətta hərəkatın başqa bir üzvü Əhsən Nuruzadəni də misal göstəriblər. Bildiriblər ki, ona da əvvəlcə xəbərdarlıq olundu, əhəmiyyət vermədi, axırda uzunmüddətli həbsə göndərildi. «Bandotdel»də verilən suallar, əsasən, Milli Şuranın mitinqlərində iştirakı, Nardaran hadisələrinə görə həbs olunmuş AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həyat yoldaşı, yazar Zümrüd Yağmurla münasibətləri, kinodramaturq Eldəniz Quliyevin dindarları niyə müdafiə etməsi və s. haqda olub».

E.Zeynalovanın bundan öncə də Milli Şuranın mitinqi ərəfəsində bir neçə dəfə Sabunçu Rayon Polis İdarəsinə çağrıldığı bildirilir.

Dindar xanımın hansı səbəbdən çağrılıb dindirilməsi haqda idarədən münasibət öyrənmək mümkün olmayıb.

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. Həmin gün «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Onlar dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma da daxil, bir neçə ağır maddədə ittiham olunublar.

«Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırova 20 il, onunla birgə ittiham olunanlara 10 ildən 20 ilədək həbs cəzası verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG