Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 17:56

Melburnda yaralıların sayı 19-a çatıb - YENİLƏNİB


İnsidentin baş verdiyi yer

Polis bildirir ki, kütlənin üzərinə avtomobili sürən əfqan mənşəli Avstraliya vətəndaşı olub. Ancaq 19 nəfərin yaralandığı hücumun terrorçuluqla bağlı olmadığı vurğulanır.

Hadisəyə görə 32 yaşlı bir şübhəli saxlanıb.

Polis həmin şəxsin narkotik maddədən istifadə etdiyini, ruhi sağlıq problemləri olduğunu bildirib. Ancaq onun terror təşkilatlarına və terrorçuluq fəaliyyətinə bağlılığı olmadığı qeyd edilir.

Hadisə yerində saxlanmış ikinci şübhəli barədə informasiya verilmir.

Rəsmilər xəstəxanaya aparılan şəxslərin sayının 14-dən 19-a qalxdığını xəbər verir.

***

Avstraliyanın Melburn şəhərində maşın piyadaların üstünə sürülüb, azı 13 nəfər xəsarət alıb. Polis iki nəfəri saxlayıb.

SUV şəhərin mərkəzində “bir neçə piyadanı” vurandan sonra dayanacağa dəyib. Məlumatı dekabrın 21-də Viktoriya ştatının polisi yayıb.

Məlumata görə, maşının sürücüsü və daha bir nəfər saxlanıb.

Polis bu hərəkətin “qəsdən törədildiyini”, ancaq terrorçuluqla bağlı olub-olmadığını söyləmək üçün tez olduğunu bildirir.

Təcili yardım xidməti 13 nəfərin xəstəxanaya aparıldığını deyir.

Yerli media isə 19 nəfərin xəsarət aldığını xəbər verir.

İnsidentin baş verdiyi Flinders küçəsində qızğın Milad bayramı alış-verişi gedirmiş.

Yanvarda Melburnda bir nəfər maşını piyadaların üstünə sürərək altı nəfəri öldürmüşdü. O zaman polis bunun terror hadisəsi olmadığını deyirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG