Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 02:24

CPJ bu il dünyada daha az jurnalistin öldürüldüyünü bildirir


CPJ-nin loqosu

Bu il dünyada işinə görə jurnalistlərin öldürülməsi davam edib, ancaq nisbətən səngiyib. Bu da yeni hərbi münaqişənin yaranmaması və işinə görə öldürülən jurnalistlərin sayının azalmasıdır. Bunu Nyu Yorkdə mənzillənən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) dekabrın 21-də bildirib.

Ümumilikdə, bu il yanvarın 1-dən dekabrın 5-dək dünyada azı 42 jurnalist işiylə əlaqədar qətlə yetirilib. Ötən il bu rəqəm azı 48 idi. CPJ bu il öldürülmüş daha 20 jurnalistin işini araşdırır, ancaq hələlik, bu ölümlərin jurnalist fəaliyyətinə bağlılığını tapa bilməyib.

Qurum bircə Meksikanın istisna təşkil etdiyini, bu ölkədə işinə görə rekord sayda jurnalistin öldürüldüyünü bildirir. Bu il Meksikada azı 6 jurnalist işindən dolayı qətlə yetirilib.

İraq və Suriyada isə uyğun olaraq, azı, səkkiz və yeddi jurnalist öldürülüb.

Bir neçə gün öncə Parisdə yerləşən Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) da bu il dünyada öldürülən jurnalistlərin sayının ötən ilkinə baxanda azaldığını deyirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG