Keçid linkləri

2018, 21 Yanvar, bazar, Bakı vaxtı 04:53

Tehran yaxınlığında yüngül zəlzələ olub


Ötən gecəki zəlzələdən sonra sakinlər küçəyə axışıb

Dekabrın 20-də gecə Tehran yaxınlığında yüngül zəlzələ olub. Panikaya düşmüş sakinlər küçələrə axışıblar. Amma ilkin olaraq, itkilər, yaxud ciddi ziyan barədə məlumat yoxdur. Məlumatı İranın dövlət mediası yayıb.

Rəsmilər 5,2 bal gücündə zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyini bildirir. ABŞ Geoloji Xidməti zəlzələnin 5 bal gücündə olduğunu qeyd edir.

Ötən ay İranın qərbindəki Kermanşah vilayətində 7,3 bal gücündə zəlzələdən 620 nəfər ölüb, minlərlə adam yaralanıb.

Hakimiyyət ötən gecəki zəlzələdən sonra sakinləri sakitliyə, amma mümkün afterşoklara hazır olmağa çağırıb.

Ancaq Tehran və digər şəhərlərdə bəziləri gecəni keçirməyə tonqal qalayıb, çadır qurub.

Bəzilərinin Tehranın cənubundakı Ayətulla Ruhollah Khomeini-nin mavzoleyinə sığınması barədə məlumatlar var.

Dövlət televiziyası dekabrın 21-də bəzi vilayətlərdə məktəblərin, universitet və hökumət binalarının bağlı qalacağını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG