Dekabrın 20-də Türkiyə baş naziri Binali Yıldırım Naxçıvan Muxtar Respublikasına gəlib.
AzərTAC-ın xəbərinə görə, hava limanında Türkiyənin baş nazirini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qarşılayıb. B.Yıldırım Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib. O, abidənin önünə əklil qoyub.
Bu gün, dekabrın 20-də B.Yıldırımın Vasif Talıbovla işgüzar müzakirələri gözlənir.