Keçid linkləri

2018, 22 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 08:50

Nazirlərin birgə bəyannaməsi açıqlanıb


Azərbaycan, İran və Türkiyənin xarici işlər nazirləri

“Nazirlər regionda sülh, təhlükəsizlik, rifah və əməkdaşlığa xidmət edəcək dəyərləri daha da gücləndirmək üçün öhdəliklərini bir daha təsdiq edir”.

Dekabrın 20-də Bakıda görüşən Azərbaycan, İran və Türkiyənin xarici işlər nazirlərinin birgə bəyannaməsində belə yazılır.

Nazirlər, iqtisadi tərəqqi və davamlı inkişafa töhfə verə biləcək sahələrdə əməkdaşlığın daha da genişləndirilməsini xüsusi qeyd ediblər.

Hər üç ölkə suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmamasına hörmət və bütün mübahisələrin sülh yolu ilə həllinə tərəfdardırlar. Bu prinsiplər çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin ən qısa müddətdə həllinin vacibliyini bildiriblər.

Buna da bax: E.Məmmədyarov: 'Üçtərəfli əməkdaşlıq güclənir'

Azərbaycan, İran və Türkiyə Qüds məsələsi ilə əlaqədar bu il dekabrın 13-də İstanbulda keçirilən İƏT-in Fövqəladə Sammitinin bəyannaməsini və yekun komunikesini alqışlayıb. Həmin bəyannamədə Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması ilə bağlı ABŞ prezidentinin mövqeyi qəbul edilmir.

Nazirlər eyni zamanda iqtisadi-ticarət, enerji, nəqliyyat, bankçılıq, telekommunikasiya, sənaye, kənd təsərrüfatı, turizm və ətraf mühit sahəsində birgə proqramların həyata keçirilməsi ilə bağlı əməkdaşlığın təşviqinə dəstək verilməsinə razılaşıblar.

Buna da bax: Prezident Mövlud Çavuşoğlunu qəbul edib

Nazirlər ölkələrinin ərazilərindən bir-birinə qarşı istənilən təhlükə və fəaliyyətə qarşı istifadə edilməsinə icazə verməyəcəklərini qətiyyətlə bəyan edib, separatizmə xarici dəstəyi kəskin şəkildə qınayıblar.

Xatırlatma

Dekabrın 20-də Bakıda Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilib.

Bu formatda birinci görüş İranda, ikinci görüş Azərbaycanda, üçüncü görüş Türkiyədə keçirilib. Dördüncü görüş isə yenə də İranda gerçəkləşib.

Tərəflər növbəti görüşün Türkiyədə keçirilməsi barədə razılığa gəlinib.

Günün bütün mövzuları

XS
SM
MD
LG