Keçid linkləri

Təcili xəbərlər
2018, 23 May, çərşənbə, Bakı vaxtı 22:46

Trump-la Mirziyoev telefonla danışıblar


Donald Trump (sağda) və Shavkat Mirziyoev

ABŞ prezidenti Donald Trump özbəkistanlı həmkarı Shavkat Mirziyoev-lə telefon söhbətində Orta Asiyada təhlükəsizliyi və əlaqələrin yaxınlaşdırılması pespektivlərini müzakirə edib.

Ağ evin məlumatına görə, dekabrın 19-da edilmiş zəngin məqsədi “regional təhlükəsizliyi müzakirə etmək və əməkdaşlığın yaxşılaşdırılması imkanlarını araşdırmaq olub”.

Tərəflər “Özbəkistanın Orta Asiyadakı rolunu, onun prezident Trump-ın Cənubi Asiya strategiyasına və Birləşmiş Ştatların Əfqanıstandakı işinə dəstəyini” də götür qoy ediblər, bəyanatda belə deyilir.

Özbəkistan Əfqanıstanla həmsərhəddir. ABŞ-da 2001-ci ilin 11 sentyabr terrorundan bəri Amerika qüvvələri burada yaraqlılara qarşı müharibə aparır.

İraq və Suriyada savaşan İslam Dövləti (İŞİD) ekstremist qruplaşmasının sıralarında Özbəkistandan və Orta Asiyanın digər ölkələrindən də yaraqlılar var.

Ötən ilin sentyabrında Islam Karimov-un ölümündən sonra Mirziyoev bu vəzifənin icrasına başlayıb və dekabrda prezident seçilib. O, ölkənin təcridini azaltmağı hədəfləyən bir sıra addımlar atıb.

Özbəkistan prezidentinin vebsaytında yer alan bəyanatda deyilir ki, Trump Özbəkistanın “açıq və konstruktiv xarici siyasətini, dost münasibətləri, region ölkələriylə əməkdaşları gücləndirmək cəhdlərini” alqışlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG