Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Noyabr, çərşənbə, Bakı vaxtı 16:17

Məhkəmə 'Az-Qranata' haqda yazını ekspertizaya göndərib


İkram Rəhimov

Masallı Rayon Məhkəməsinin bu gün, dekabrın 19-u “Az-Qranata” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) jurnalist İkram Rəhimov və realliq.info saytına qarşı mülki iddiası üzrə icraatı ləğv etdiyi bildirilir.

Ancaq paralel olaraq, məhkəmənin “Az-Qranata”nın İkram Rəhimovla bağlı iddiasını icraata aldığı deyilir.

Bu barədə AzadlıqRadiosu-na məhkəmədə iştirak edən jurnalist İ.Rəhimovun özü danışıb.

“Az-Qranata” MMC oktyabr ayında məhkəməyə müraciət etmişdi.

Realliq.info saytında yayılmış “Az-Qranata”nın məhsulları həyat üçün təhlükəlidir” sərlövhəli yazıdan narazı qalan müəssisə saytın və İ.Rəhimovun 200 min manata cərimə edilməsini, təkzib verilməsini, üzr istənilməsini istəyirdi.

Buna da bax: Həbsdən çıxan jurnalistin cərimələnməsi istənilir

İ. Rəhimovun deməsinə görə, masallı Rayon Məhkəməsi qeyd olunan iddia üzrə icraatı müəssisənin təmsilçisinin istəyi ilə dayandırıb:

«“Az-Qranata” MMC bu dəfə yalnız məni cavabdeh kimi göstərib. Tələblər dəyişməyib. 200 min manat cərimə ödənilməsi, üzr istənməsi və təkzib verilməsi istənilir».

İ. Rəhimovun bildirməsinə görə, məhkəmə bu gün, dekabrın 19-da keçirilən iclasda mübahisə doğurmuş yazının linqvistik ekspertizaya göndərilməsinə qərar verib. Ekspertiza yazının məzmununun müəssisənin işgüzar nüfuzuna ziyan vurub-vurmadığını müəyyən etməlidir.

Buna da bax: Gözəl Bayramlı: 'Milyonlar yeyən generallar azadlıqdadır, məni isə ev dustaqlığına...'

Məhkəmə prosesinin ekspertizanın nəticəsi bəlli olanadək təxirə salındığı deyilir.

Xatırlatma

Realliq.az saytının redaktoru İkram Rəhimov 2016-cı ildə Sumqayıtdakı «Ucuz market» ticarət mərkəzinin rəhbərinin xüsusi ittiham qaydasında şikayəti əsasında həbs olunmuşdu.

İ.Rəhimov saytda R.Novruzov soyadlı bir şikayətçinin məktubunu dərc edib. Məktubda iddia olunub ki, həmin ticarət rəhbəri şəhərin icra hakimiyyəti başçısına rüşvət verib.

Sumqayıt Şəhər Məhkəməsi ötən ilin noyabrında həm redaktoru, həm də ona şikayət məktubu yazan Rəhman Novruzovu Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə günahkar bilərək, bir il azadlıqdan məhrum edib.

Redaktor mühakimə edildikdən sonra vəkili vasitəsilə, hələ polisdə saxlanarkən şəhər rəhbərliyinin göstərişi ilə ona işgəncə verildiyini açıqlamışdı.

Daxili İşlər Nazirliyi, eləcə də, Sumqayıt şəhər İcra Hakimiyyəti redaktorun bu iddiasını təkzib etmişdilər.

Sumqayıt Apellyasiya Məhkəməsi martın 1-də böhtanda təqsirləndirilərək həbs edilmiş redaktoru və mediaya müraciət yazmış Rəhman Novruzovu vaxtından əvvəl, məhkəmə zalından azadlığa buraxıb.

İ.Rəhimovun işi üzrə yerli məhkəmələrin qərarlarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG