Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Oktyabr, şənbə, Bakı vaxtı 03:39

Əvəz Zeynallının polisə aparıldığı bildirilir [yenilənib]


Əvəz Zeynallı

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının polisə aparıldığı bildirilir.

Bu haqda jurnalistin həyat yoldaşı Məlahət Qisuri məlumat verib .

Onun sözlərinə görə, Əvəz Zeynallı hazırda Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsindədir.

“Uzun müddətdir ki, Əvəz Zeynallı sosial şəbəkələrdə canlı yayımla Binəqədi rayon polisinin əməkdaşlarının fəaliyyətinə toxunurdu. O, polislərin gərək oldu-olmadı, Binəqədi şossesində yolu bağladığını, minlərlə insanın onlarla kilometr yolu evlərinə piyada getməsindən bəhs edirdi. Bu gün də yollar heç bir xəbərdarlıq edilmədən bağlanıb, yolda çəkiliş etmək istəyən Əvəz vəzifəsi və kimliyi bilinməyən polis əməkdaşlarının təhqirinə məruz qalıb”, – xanımı bildirib.

Buna da bax: 'Ramiz Mehdiyevi özümə düşmən sayıram'

Xanımının sözlərinə görə, jurnalistlə polis əməkdaşı arasında gedən söhbətin ardınca, Ə.Zeynallı zorla 4-cü polis bölməsinə aparılıb.

Məlahət Qisuri Ə.Zeynallının cəzalandırılacağı ilə bağlı xəbərlər aldıqlarını da ifadə edib.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsindən Ə.Zeynallının saxlanılması ilə bağlı deyilənləri dəqiqləşdirmək mümkün olmayıb.

Bölmədən “Turan” Agentliyinə deyiblər ki, bu məlumatın dəqiqləşdirilməsindən ötrü Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə müraciət etmək lazımdır.

DİN-in mətbuat xidməti ilə danışmaq isə, hələlik, mümkün olmayıb.

Buna da bax: Polisdə Əvəz Zeynallıya vəfat edən jurnalistləri xatırladıblar

* * *

Vəkil: “Ə. Zeynallı polisin əmrinə tabe olmamaqda günahlandırılır”

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının polisin qanuni əmrinə tabe olmamaqda günahlandırıldığı bildirilir.

Bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb:

“Hazırda Əvəz Zeynallı Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində saxlanılır. Sabah (dekabrın 20-də) onunla görüşəcəm. Hələ ki, onun cəzalandırılmasının əsasları ilə bağlı heç bir məlumat vermədilər. Əvəz Zeynallıya qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati iş qaldırılıb (polisin qanuni əmrinə tabe olmama)”, – deyə vəkil vurğulayıb.

Xatırlatma

Ə.Zeynallı 2002-ci ildən «Xural» qəzetinin baş redaktorudur. O, Milli Məclisin keçmiş deputatı Gülər Əhmədovanın şikayəti əsasında həbs edilib.

2013-cü il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın verdiyi hökmlə 9 il azadlıqdan məhrum edilib.

Hədə-qorxu gəlməklə külli miqdarda rüşvət almaq, daha sonra isə məhkəmə qərarlarını icra etməmək və vergidən yayınmaqda ittiham olunub.

Baş redaktor o zaman bütün ittihamları rədd etmişdi.

2014-cü il dekabrın 30-da prezidentin imzaladığı əfv sərəncamı əsasında azadlığa buraxılıb.

Buna da bax:

Jurnalisti polisə niyə çağırıblar?
Gözlə

No media source currently available

0:00 0:03:46 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG