Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 04:54

«Azərbaycan Çexiyanın böyük enerji tərəfdaşıdır. Azərbaycan nefti bu ölkənin neft tələbatının üçdə birini ödəyir».

Bu sözləri bu gün, dekabrın 19-u Çexiya səfirliyinin iqtisadi və ticari məsələlər üzrə katibi Yan Yindrjix söyləyib. Onun deməsinə görə, Çexiyadan idxal cəmi 78 mln. dollar təşkil edib. Azərbaycan ixracı isə təqribən 840 mln. dollar səviyyəsində olub. Çexiya Azərbaycanın ixrac strukturunda 7-ci yeri tutur.

«Çexiya ən böyük xarici investorlar arasındadır. Bu ölkənin bankları və şirkətləri Azərbaycana 2 mlrd. dollara yaxın investisiya ediblər. Çexiya şirkətlərinin həyata keçirdiyi böyük layihələr arasında Bakı-Tbilisi-Qars dəmir yolunun yenidənqurması da var», - o, qeyd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG