Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 08:03

Pence Yaxın Şərqə səfərini təxirə salıb


Mike Pence

ABŞ-ın vitse-prezidenti Mike Pence Misirə və İsrailə bu həftəyə planlaşdırılmış səfərini təxirə salıb.

Pence-nin idarəsindən verilən məlumata görə, səfərin ertələnməsinin səbəbi Senatda vergi qanunvericiliyinə islahatların səsverməyə çıxarılmasıdır.

Vitse-prezidentin Yaxın Şərqə səfəri indi yanvara qalır.

Bu səfər prezident Donald Trump-ın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarının doğurduğu reaksiyayla eyni vaxta düşürdü. Bu ayın əvvəlində qərar açıqlanandan Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas Pence ilə görüşünü təxirə salıb.

Dekabrın 18-də ABŞ BMT Təhlükəsizlik Şurasının Trump-ın qərarını rədd edən qətnamə layihəsinə veto qoyub.

Şuranın digər üzvləri Misirin irəli sürdüyü sənədi dəstəkləyib.

Fələstinlilər Qüdsü gələcək dövlətlərinin paytaxtı sayırlar. İsrail isə Qüdsün şərqini ilhaq edib, ancaq beynəlxalq ictimaiyyət bu addımı tanımayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG