Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 01:17

Dekabrın 20-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı təxmin edilir. Arabir güclənən şimal-qərb küləyi əsəcəyi, gündüz cənub küləyi ilə əvəz olunacağı gözlənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 7-9, gündüz 9-13, Bakıda gecə 7-9, gündüz 10-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da dekabrın 20-də havanın, əsasən, yağmursuz olacağı vurğulanır. Gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG