Keçid linkləri

2018, 23 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 18:15

Dekabrın 19-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

Mərkəzi Bankın yaydığı xəbərə görə, hərracda manatın ortaçəkili məzənnəsi 1.7001 səviyyəsində formalaşıb.

Bu gün, dekabrın 19-da da elə rəsmi məzənnəyə görə, 1 dollar 1.7001 manata bərabər olmuşdu. Amma kommersiya banklarında son günlər dolların alış və satış qiymətlərinin cüzi artdığı bildirilir.

Bu ilin əvvəlindən manat dollara nisbətən 4, fevral ayından isə 11 faiz bahalaşıb.

Banklarda dolların alış və satış qiymətləri qalxır

Bankların son günlər dolları bahalaşdırdıqları bildirilir.

Marja-nın xəbərinə görə, dünən, dekabrın 18-də «TuranBank» dolların alış qiymətini 1.7000 manatdan 1.7005 manata qaldırıb.

Bu gün, dekabrın 19-da isə «AmrahBank»ın dolların alış qiymətini 1.7000 manatdan 1.7010 manata qaldırdığı bildirilir.

Dolların satış qiymətinin də artdığı müşahidə edilir.

Son hərraclarda Mərkəzi Bank istədiyi məbləğdə manat kütləsini yığa bilmir. Əgər əvvəlki depozit və not hərraclarında tələb təklifi dəfələrlə üstələyirdisə, son hərraclarda təklif tələbi üstələyir. Sonuncu depozit hərracında Mərkəzi Bank 200 milyon manat cəlb edəcəyini bəyan etsə də, 180.1 milyon manat əldə edə bilmişdi.

Bu gün, dekabrın 19-da Mərkəzi Bankda valyuta hərracının keçiriləcəyi gözlənilir. Hazırda Mərkəzi Bankın məzənnəsinə görə, 1 dollar 1.7001 manata bərabərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG