Keçid linkləri

2018, 24 Yanvar, çərşənbə, Bakı vaxtı 02:17

Dekabrın 20-də Bakıda Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçiriləcək.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bir araya gələcəklər.

Görüşdə üçtərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi gözlənilir.

Görüşdən sonra nazirlərin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.

Bu formatda birinci görüş İranda, ikinci görüş Azərbaycanda, üçüncü görüş Türkiyədə keçirilib. Dördüncü görüş isə yenə də İranda gerçəkləşib.

Günün bütün mövzuları

XS
SM
MD
LG