Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:50

Əfqanıstanda nüfuzlu qubernator işdən çıxarılıb


Atta Mohammad Noor

Əfqanıstanın nüfuzlu qubernatorlarından biri işdən çıxarılmasına qarşı mübarizə aparacağını deyir. Bu, prezident Ashraf Ghani-nin kövrək qərbpərəst hökumətinə potensial təhlükə yaratmış olur.

Prezident sarayı dekabrın 18-də bildirib ki, Atta Mohammad Noor-un istefasını təsdiqləyib. “Şimal Kralı” ləqəbiylə tanınan Noor Əfqanıstanda tacik etnik azlığını təmsil edən Jamiat-e Islami partiyasının aparıcı üzvüdür. O, ölkənin şimal hissəsindəki Balx vilayətindəki mövqeyindən yararlanaraq güc mərkəzi kimi çıxış edir, ölkə siyasətində böyük rol oynamağa can atır, Ghani-nin əsas rəqibi kimi görünürdü.

Kabil Noor-un vəzifədən getməsini “istefa”, özüysə “işdən çıxarılma” adlandırır və bununla mübarizə aparacağını deyib.

“İşdən çıxarılmağımın heç bir hüquqi əsası yoxdur”, – Noor milli televiziyaya müsahibəsində deyib.

Jamiat partiyasının sözçüsü “dpa” agentliyinə deyib ki, partiya üzvləri birlik hökumətindəki vəzifələrindən geri çəkilə bilər Bu addımın hökumətdə sabitsizlik yaratmaq təhlükəsi var. Sözçü partiyanın dekabrın 19-da görüşüb qərar verəcəyini dilə gətirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG