Keçid linkləri

2018, 23 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 19:47

Ukraynada müxalifət lideri Mikheil Saakashvili dekabrın 18-də Kiyevdə Baş Prokurorluğa gedib, amma müstəntiqlərin suallarını cavablandırmaqdan imtina edib.

Ukrayna hakimiyyəti Gürcüstanın keçmiş prezidentini və Odessa vilayətinin keçmiş qubernatorunu Ukraynanın keçmiş prezidenti Viktor Yanukovych-in rəhbərlik etdiyi bildirilən “kriminal qrup”la əməkdaşlıqda suçlayır. Onlar Saakashvili-nin Rusiyanın Ukraynaya qarşı planının bir hissəsi olduğunu bildirirlər.

Saakashvili bütün ittihamları rədd edib.

O, Baş Prokurorluq qarşısında jurnalistlərə deyib ki, iş, “qanunun tələb etdiyi kimi”, Ukrayna Təhlükəsizlik Xidmətimə veriləndən sonra ifadə verəcək.

Baş Prokurorluğun sözçüsünün deməsinə görə, Saakashvili müstəntiqin suallarını cavablandırmamaqla “təhqiqat prosedurunu pozub”.

Saakashvili-nin tərəfdarları bazar günü Kiyevdə ictimai binanı qısa müddətə tutaraq Ukrayna prezidenti Petro Poroshenko-nun impiçmentini tələb ediblər. Qərb diplomatları bundan narahatlıq bildiriblər. ƏTRAFLI

Günün bütün mövzuları

XS
SM
MD
LG