Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 04:52

Prezident: 'İqtisadiyyat sabitləşmə dövrünə qədəm qoyub'


İlham Əliyev

Prezident İlham Əliyev dekabrın 18-də Dünya Bankı (DB) Qrupuna daxil olan Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyinin (ÇİZA) baş icraçı direktoru xanım Keiko Hondanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İ.Əliyev vurğulayıb ki, DB Azərbaycanda həyata keçirilən iqtisadi islahatlara və «Cənub Qaz Dəhlizi» layihəsinə dəstək verir. «Cənub Qaz Dəhlizi» layihəsi Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur. Prezident deyib ki, bu layihə tək Azərbaycan yox, bütün regiondan ötrü əhəmiyyətlidir.

İ.Əliyev vurğulayıb ki, bu il Azərbaycan iqtisadiyyatı artıq sabitləşmə dövrünə qədəm qoyub. Qeyri-neft sektorunda 2.5 faiz, aqrar sektorda isə 4 faizdən çox inkişafa nail olunub.

Görüşdə Azərbaycan ilə Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyi arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG