Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 17:08

Avstriyanın yeni hökuməti Rusiyaya qarşı sanksiyaların ləğvinə çalışacaq


Sebastian Kurz (solda)

Avstriyanın yeni hökumətini qurmuş sağ təmayüllü Xalq Partiyasının lideri Sebastyan Kurtz deyib ki, onlar Rusiyaya qarşı sanksiyaların ləğvinə və Ukraynadakı münaqişənin həllinə çalışacaqlar.

Şənbə günü Xalq Partiyası və Azadlıq Partiyası koalisyon hökumətdəki nazir postlarına öz namizədlərini irəli sürüblər.

Onların dekabrın 18-də vəzifələrinə təyin ediləcəyi gözlənir.

Bu ilin yayında ABŞ Rusiyaya qarşı yeni sanksiyalar paketi qəbul edəndə Kurtz bununla bağlı narazılığını bildirmişdi.

O, həmin sanksiyaların rus şirkətlərinin avstriyalı tərəfdaşlarına ziyan vura biləcəyindən narahat idi.

Avropa Birliyi Krımı işğal etdiyi üçün Rusiyaya siyasi və iqtisadi sanksiyalar qoyub.

Bugünlərdə sanksiyaların müddəti uzadılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG