Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 04:25

REAL-ın qurultayı yenə ertələnə bilər


Müsavat Partiyasının qərargahı

Bu gün, dekabrın 15-i Müsavat Partiyasının qərargahında Respublikaçı Alternativ Partiyası Təşkilat Komitəsinin və Müsavat Partiyasının rəhbər şəxslərinin görüşü keçirilib.

Müsavat Partiyasından yayılan məlumatda bildirilir ki, görüşdə REAL Partiyasının təsis qurultayının onların qərargahında keçirilməsinə hakimiyyətin yaratdığı qeyri-qanuni problemlər müzakirə olunub:

«REAL-ın qurultayının keçirilməsi üçün yer verilməməsi, Dövlət Əmlak Məsələləri Komitəsinin Müsavata rəsmi xəbərdarlığı, partiya başqanı Arif Hacılının Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılması hakimiyyətin müxalifətə qarşı repressiya siyasətinin davamı kimi qiymətləndirilib. Müsavat təmsilçiləri REAL Partiyasına təsis qurultayının keçirilməsi üçün yer verilməsi qərarının qüvvədə qaldığını, REAL təmsilçiləri isə qurultayın keçirilməsində israrlı olduqlarını bəyan ediblər. Eyni zamanda, görüşdə hakimiyyətin yaratdığı qanunsuz əngəllər fonunda qurultayın təxirə salınması təklifi ətrafında müzakirələr aparılıb».

REAL Hərəkatının İdarə Heyətinin üzvü Natiq Cəfərli də qurultayın ertələnə biləcəyini istisna etməyib.

«Müsavat Partiyasının rəhbərliyi ilə görüşdə təzyiqlərin ciddi olduğu və hətta qərargahın itirilə biləcəyi haqda rəsmi xəbərdarlıq aldıqlarını dedilər. Bunu anlaşıqlı qarşıladıq və Müsavat Partiyasına olan təzyiqləri qınayırıq», - deyən N.Cəfərli günün sonunadək qurultayla bağlı yekun qərarın açıqlanacağını bildirib.

Ancaq bu açıqlamalara hələlik nə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən, nə də Əmlak Məsələləri Dövlət Komitəsindən Münasibət almaq mümkün olub.

Xatırlatma

«Respublikaçı Alternativ» (REAL) Hərəkatı bir neçə aydır ki, qurultay keçirmək istəyir. Hərəkatın həmin qurultayda partiyaya çevrilməsi gözlənilir.

Ancaq REAL qurultayı keçirməyə yer tapmadığını açıqlayıb. Hərəkatdan verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinə, özəl mərkəzlərə dəfələrlə müraciət edilsə də, qurultayın keçirilməsinə yer ayrılmasından imtina edilib.

REAL bu günlər qurultayın dekabrın 17-si Müsavat Partiyasının qərargahında keçiriləcəyini açıqlamışdı. Bunun ardınca Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Müsavat Partiyasına bununla bağlı xəbərdarlıq edib. Partiyanın məlumatında qeyd edilir ki, Dövlət Komitəsi onlar ilə bağlanmış icarə müqaviləsinin şərtlərini əsas gətirərək, qərargahın bir başqasına icarə verilməsinin mümkün olmadığını bəyan edib. Əks halda, icarə müqaviləsinə xitam veriləcəyi vurğulanıb.

Müsavat Partiyası isə hesab edir ki, qərargahları REAL-a icarə verilmədiyindən müqavilə şərtləri heç də pozulmur.

REAL Hərəkatı 2009-cu ildə yaradılıb. Hərəkatın lideri İlqar Məmmədov 2013-cü ildə İsmayıllı rayonunda iğtişaşların təşkilində ittiham olunaraq həbs edilib. Məhkəmənin qərarı ilə 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi onun həbsini qanunazidd və siyasi motivli hesab edib. Strasburq məhkəməsi bu qərarı 2014-cü ilin mayında verib. Ancaq İ.Məmmədov hələ də həbsdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG