Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 01:00

Ümumi istifadədə olan torpaqların xüsusi mülkiyyətə verilməsinə qadağa gəlir.

Bu gün, dekabrın 15-i Milli Məclisin Aqrar-siyasət komitəsində «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanuna bununla bağlı təklif olunan dəyişikliklər müzakirə edilib.

Sözügedən qanunun 7.2-ci maddəsinə dəyişiklik edilməsi təklif olunur.

Dəyişikliyə əsasən, küçələr, meydanlar, bələdiyyə yolları, təsərrüfatdaxili yollar, parklar, meşə parkları, bulvarlar, çimərliklər, sahillərin keçidləri, stadionlar, qəbiristanlıqlar və idman meydançalarının altındakı torpaqlar xüsusi mülkiyyətə verilə bilməyəcək.

Bundan başqa, tarlaqoruyucu meşə zolaqları, yerli əhəmiyyətli su təsərrüfatı obyektləri, hidrotexniki qurğular, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar da xüsusi mülkiyyətə verilməyəcək.

Komitə dəyişiklikləri bəyənib, Milli Məclisin plenar iclasına tövsiyə edib.

«Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 7.2-ci maddəsinin qüvvədə olan hazırkı mətnində yazılır ki, ümumi istifadədə olan, hüquqi, fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.

Günün bütün mövzuları

XS
SM
MD
LG