Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 15:30

Duman, çiskin gözlənir


Bakı

Dekabrın 16-da Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz olacağı bildirilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin gözlənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 5-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da bir elə yağıntı olmayacağı bildirilir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacağı vurğulanır. Gecə 3-8, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təxmin edilir.

XS
SM
MD
LG