Rusiya Federasiya Şurasının qərarıyla bu ölkədə prezident seçkisi 2018-ci il martın 18-nə təyin olunub.
Federasiya Şurasının qətnaməsi ictimaiyyətə açıqlanandan sonra, dekabrın 18-də seçki kampaniyası başlamalıdır.
İndiki prezident Vladimir Putin ötən həftə daha altı illik prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlayıb.
O, dekabrın 14-də illik mətbuat konfransında deyib ki, namizədliyini hakim Vahid Rusiya Partiyasından deyil, fərdi qaydada verəcək.
Müşahidəçilər Putin-in növbəti seçkini qazanacağını düşünürlər. Onun son açıqlaması isə gələcəkdə yenə seçkiyə qatılmaq niyyətinin əlaməti sayılır, çünki konstitusiya 2024-cü ildə yenidən seçilməsini qadağan edir.
Rusiyanın əsas müxalif siyasətçisi olan Aleksei Navalny də seçkiyə gedəcəyini deyir, ancaq ona qarşı dələduzluq ittihamı bu yolda əngəl sayılır.