Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 13:28

Xəbərdarlıq: “Rusiya sualtı internet xətlərinə hücum edə bilər”


Illüstrativ foto

Britaniya ordusunun rəhbər şəxslərindən biri deyir ki, Rusiya beynəlxalq ticarət və inernetdən ötrü vacib sualı kommunikasiya kabellərinə hücum etməklə NATO ölkələrinə böyük təhlükə yarada bilər.

Baş aviasiya marşalı, müdafiə heyətinin rəhbəri Ser Stuart Peach deyib ki, Britaniya və NATO kommunikasiya xətlərinin qorunmasına xüsusi diqqət ayırırlar.

Sentyabrda NATO hərbi komitəsinin sədri təyin olunmuş Peach söyləyib ki, “Rusiya donanmasının, həm nüvə, həm də adi sualtı qayıqların və gəmilərin modernizasiyasının yaratdığı təhlükəyə cavab olaraq” tədbirlər görülür.

“Rifahımıza və həyat tərzimizə, dənizlərimizin dibindən keçən kabellərə yeni risk yaranıb,kabellərin kəsilməsi, yaxud dağıdılmasıyla yarana biləcək pozuntu həm beynəlxalq ticarətdə, həm də internetdə çat yaradar”, – o deyib.

Peach-in sözlərinə görə, Rusiya gəmilərini Avropa və Birləşmiş Ştatlar arasında kommunikasiya kabellərinə yaxınlaşan görüblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG