Keçid linkləri

2018, 20 Yanvar, şənbə, Bakı vaxtı 21:32

Prezident pasporta görə rüsumların artırılmasını təsdiqləyib


Pasport

Prezident İlham Əliyev «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının qanununa dəyişikliklər edilməsi barədə qanunu imzalayıb. Beləliklə, ümumvətəndaş pasportunun və şəxsiyyət vəsiqəsinin itirilməsi, korlanması ilə əlaqədar bu sənədlərin yenidən verilməsinə görə rüsumlar artırılıb.

Dekabrın 1-i Milli Məclis bununla bağlı «Dövlət rüsumu haqqında» Qanuna dəyişiklik etmişdi.

Dəyişikliklərə əsasən, şəxsiyyət vəsiqəsinin yenidən verilməsinə görə rüsum sənəd 10 iş günü ərzində verildikdə, 5 manatdan 15 manata, 3 iş günündə 25 manatdan 35 manata, 1 iş günü verildikdə isə, 35 manatdan 45 manata qaldırılıb.

Ümumvətəndaş pasportunun yenidən verilməsinə görə rüsum sənəd 10 iş günə verildikdə, 1 yaşa qədər uşaqlara 20 (hazırda 10 manatdır), 1 yaşdan 3 yaşa qədər uşaqlara 30 (20), 3 yaşdan 18 yaşa qədər uşaqlara 40 (30), 18 yaşdan yuxarı vətəndaşlara isə 50 manat (40) müəyyən edilib.

Pasport 5 iş günə verildikdə, 1 yaşa qədər uşaqlara 30 (hazırda 20 manatdır), 1 yaşdan 3 yaşa qədər uşaqlara 50 (40), 3 yaşdan 18 yaşa qədər uşaqlara 70 (60), 18 yaşdan yuxarı vətəndaşlara görə isə 90 manat (80) ödəniləcək.

Pasport 1 iş günü müddətində verildikdə, 1 yaşa qədər uşaqlara 50 manat (hazırda 40 manatdır), 1 yaşdan 3 yaşa qədər uşaqlara 90 (80), 3 yaşdan 18 yaşa qədər uşaqlara 130 (120), 18 yaşdan yuxarı vətəndaşlara görə isə 170 manat (160) ödəniləcək.

Qanun 2018-ci il yanvarın1-dən qüvvəyə minir.

Günün bütün mövzuları

XS
SM
MD
LG