Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:01

Suriya danışıqları yenə nəticəsiz bitdi


Staffan de Mistura

Dekabrın 14-də Suriya sülh danışıqlarının səkkizinci raundu nəticəsiz bitib. BMT təmsilçisi Cenevrədə keçirilən danışıqları “əldən çıxmış böyük imkan” adlandırıb.

BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura deyib ki, əslində, tərəflərdən heç biri iki həftədir gedən danışıqları “sabotaj etməyib”.

Ancaq əsas günahkarın Suriya prezidenti Bashar al-Assad hökumət olduğunu bildirib. Dediyinə görə, hökumət müxalifət qruplarından tələb edib ki, ölkədə siyasi keçid dövründə Assad-a rol tanısınlar – danışıqların öncəki raundları da bu məsələyə görə alınmırdı.

De Mistura söyləyir ki, tərəflərin bir-biriylə birbaşa danışmasına belə nail ola bilməyib.

O, gələn həftə BMT Təhlükəsizlik Şurasına danışıqlar barədə məlumat verəcəyini vurğulayıb.

Müxalifətin əsas təmsilçisi Nasr Hariri sülh prosesinə “böyük təhlükə” yarandığını bildirib, dünya güclərini Assad-a təzyiq göstərməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG