Keçid linkləri

2018, 24 Yanvar, çərşənbə, Bakı vaxtı 00:29

Bir ayda Birmada azı 6 min 700 rohinca öldürülüb


Banqladeşdə rohinca müsəlmanı olan oğlan

Sərhədsiz Həkimlər (MSF) təşkilatı bildirir ki, avqustda Birmada (Myanma) zorakılıq başlayandan bir ayın içində azı 6 min 700 rohinca müsəlmanı öldürülüb.

Cenevrədə mənzillənən humanitar yardım qrupu dekabrın 14-də yaydığı bəyanatda qeyd edib ki, avqustun 25-dən sentyabrın 24-dək Birmada 9 min rohinca ölüb.

“Hətta ən mühafizəkar dəyərləndirməylə baxanda, bu ölümlərin azı 6 min 700-ü zorakılıq nəticəsində baş verib və onlardan azı 730-u yaşı beşdən az olan uşaqlardır”, – bəyanatda deyilir.

Birma rəsmiləri isə cəmi 400 nəfərin öldürüldüyünü, onların çoxunun da terrorçular olduğunu bildirir.

MSF deyir ki, zorakılıq nəticəsində öldürülənlərin 69 faizi güllələnib.

Birmada genişmiqyaslı zorakılıqlar təhlükəsizlik qüvvələrinin rohinca yaraqlılarına qarşı əməliyyatlarından sonra başlanıb. Əməliyyatlar əsasən buddistlərin yaşadığı Raxin ştatında keçirilib.

O vaxtdan 626 mindən çox rohinca müsəlmanı qonşu Banqladeşə qaçıb, MSF vurğulayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG