Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyul, Cümə, Bakı vaxtı 04:38

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 14-də Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Rona Ferhedin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Əməkdaşlığın bundan sonra da genişlənməsindən ötrü yaxşı potensialın mövcud olduğu qeyd edilib.

Söhbət zamanı həmçinin, infrastruktur sahəsində Britaniya şirkətlərinin iştirakı, ticarət, qarşılıqlı sərmayə qoyuluşu, alternativ enerji, kənd təsərrüfatı, turizm və təhsil sahələrində əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Britaniyalı nazir bundan sonra iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın ikinci iclasında iştirak etməlidir. Həmin komissiyaya Azərbaycan tərəfdən iqtisadiyyat naziri Şahin Mustafayev rəhbərlik edir.

Rona Ferhedin Azərbaycana səfəri dekabrın 15-də başa çatmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG