Keçid linkləri

2018, 21 Yanvar, bazar, Bakı vaxtı 01:19

Budyonnovsk hadisəsinə görə 2 çeçen məhkum edilib


Budyonnovsk girov böhranı, 17 iyun, 1995-ci il

1995-ci ildə Rusiyanın Budyonnovsk şəhərində girov əməliyyatına görə iki çeçen həbs cəzasına məhkum edilib.

Rostov (Don üzərində) şəhərindəki Şimali Qafqaz Regional Hərbi Məhkəməsi Ramzan Belyalov və Magomed Mazdayev-i girovgötürmə əməliyyatında və terror hücumunun təşkilində təqsirli bilib və onları uyğun olaraq 15 və 13 illik həbsə məhkum edib.

Belyalov və Mazdayev özlərini təqsirli bilməyiblər.

Belyalov deyib ki, o, Budyonnovskda girov böhranı zamanı başqa yerdə işləyib.

1995-ci il iyunun 4-də Shamil Basayev-in başçılıq etdiyi çeçen separatçıları Budyonnovskda yerli polis məntəqəsinə və hökumət binalarına hücum edib, 1500 nəfəri girov götürərək Rusiya əsgərlərinin Çeçenistandan çıxarılmasını tələb ediblər.

Hadisə zamanı 150 nəfər öldürülüb.

Sağ qalan girovlar beş günlük mühasirədən sonra azad olunub. Baş nazir Viktor Chernomyrdin Çeçenistanda atəşkəs vəd edib, Basayev və tərəfdarlarına Çeçenistana sağ-salamat keçid təmin edib.

1996-cı ilin avqustunda müharibənin sonunu gətirmiş razılaşma imzalanıb.

İkinci müharibə 1999-cu ildə başlanıb. O zaman baş nazir olan Vladimir Putin qərarların verilməsində mühüm rol oynamağa başlamışdı.

Basayev 2006-cı ildə partlayış zamanı öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG