Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:02

Həbsdəki cəbhəçinin səhhətinin pisləşdiyi deyilir


Namiq Sadıqlı

İnzibati qaydada həbs edilənlərin saxlanma məntəqəsində tutulan AXCP fəalı, bloqqer Namiq Sadıqlının səhhətinin kəskin şəkildə pisləşdiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna dekabrın 12-də onunla görüşən vəkili Əsabəli Mustafayev danışıb. Vəkilin bildirməsinə görə, son günlər ona dörd dəfə «təcili yardım» çağırılıb və bir dəfə hətta şəhər klinik mərkəzinə aparılıb.

Fəalın vəkilinə deməsinə görə, həkimlər onu xəstəxanada saxlamaq istəyiblər, amma hüquq-mühafizə orqanlarının nümayəndələri buna icazə verməyiblər və o, təcridxanada müalicə alır.

«N.Sadıqlı soyuqdəymədən, güclü daxili ağrılardan şikayət edirdi. Amma onu saxlanma məntəqəsinə tez qaytardıqlarına görə dəqiq diaqnoz qoyulmayıb. Səhhətindəki problemlərə baxmayaraq, Sadıqlı ruh yüksəkliyini qoruyub saxlayır və həmkarlarına salam göndərib», -Ə.Mustafayev bildirib.

Vəkil həmçinin, Sadıqlının həbsi ilə bağlı apellyasiyaya baxılmasının əsassız olaraq uzadıldığını bildirib.

Ə.Mustafayev hələ dekabrın 6-da Nəsimi Rayon Məhkəməsinə şikayət verib.

Qanuna görə birinci instansiya məhkəməsi dərhal şikayəti Apellyasiya məhkəməsinə göndərməli idi. Apellyasiya məhkəməsi şikayət daxil olduqdan sonra bir gün ərzində ona baxmalıdır. Amma artıq bir həftə keçib.

Vəkilin bu açıqlamasına hələlik nə təcridxana rəhbərliyindən, nə də məhkəmə orqanlarından münasibət almaq mümkün olub.

Xatırlatma

AXCP fəalı, bloqqer N.Sadıqlı dekabrın 1-də həbs olunub.

Nəsimi Rayon Məhkəməsi onu polisin qanuni tələblərinə tabe olmamaqda (İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi) günahkar bilib.

Cəbhəçiyə 30 gün müddətinə inzibati həbs cəzası verilib.

AXCP onun siyasi motivlərlə təqib edildiyini açıqlayıb. Ancaq hakimiyyət rəsmiləri ölkədə siyasi əsaslarla həbslərin olduğunu inkar edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG