Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:57

ABŞ hökuməti Kaspersky-dən istifadə etməyəcək


Kaspersky Lab-ın loqosu

ABŞ prezidenti Donald Trump hökumətin “Kaspersky Laboratoriyası”nın məhsullarınndan istifadəsini qadağan edib. Hökumət aylardı federal agentlikləri bu antivirus şirkətindən təmizləməyə çalışırdı, çünki onun Kremlin təsirinə məruz qala biləcəyindən narahat idi.

“BU QANUN ÇOXDAN QÜVVƏYƏ MİNMƏLİYDİ”

“Reuters” agentliyi xəbər verir ki, qadağa Trump-ın imzaladığı müdafiə büdcəsi qanununa daxildir. Trump administrasiyası sentyabrda mülki agentliklərə göstəriş vermişdi ki, 90 gün ərzində “Kaspersky Lab” proqramlarını təmizləsinlər. İndi qanun həm mülki, həm də hərbi şəbəkələrə aiddir.

*** Buna da bax: Kaspersky-dən istifadəni qadağan etdilər

“Kaspersky-yə qarşı iş yaxşı sənədləşdirilib və dərin narahatlıq yaradır. Bu qanun çoxdan qüvvəyə minməliydi”, – Demokratlar partiyasından senator Jeanne Shaheen deyib. Konqresi həmin proqramları hökumət kompüterlərindən çıxarmağı məhz o çağırırdı. Senatorun fikrincə, şirkətin proqramları ABŞ milli təhlükəsizliyinə “böyük risk” yaradıb.

Kaspersky Lab hökumətlə əlaqəsi olmadığını dəfələrlə bildirib, hər hansı hökumətə kiber casusluqda yardım etməyəcəyini açıqlayıb. Şübhələri aradan qaldırmaqdan ötrü şirkət oktyabrda bildirib ki, müstəqil yoxlamalar aparılması üçün proqramlarının mənbə kodunu və gələcək yeniləmələri açıqlamağa hazırdır.

ABŞ rəsmiləri bu addımı alqışlasalar da, yetərli olmayacağnı söyləyiblər.

ŞİRKƏT NARAHATDIR

Dekabrın 12-də verdiyi bəyanatda Kaspersky Lab bildirib ki, bu qanunun “kibertəhlükəsizliyə coğrafi-spesifik yanaşmasından dolayı” “ciddi narahatlığı” var.

*** Buna da bax: Kaspersky Lab haker kodunu ABŞ kompüterindən əldə etdiyini boynuna alıb

Şirkət variantlarını götür-qoy etdiyini, “müştərilərini kiber təhlükələrdən qorumağa davam etdiyini və qlobal miqyasda IT təhlükəsizlik ictimaiyyətinə ilə əməkdaşlıq edərək kibercinayətkarlıqla mübarizə apardığını” vurğulayıb.

Dekabrın 12-də Daxili Təhlükəsizlik Departamentinin kibertəhlükəsizlik üzrə rəsmisi Christopher Krebs jurnalistlərə deyib ki, sentyabr sərəncamından sonra hökumətin bütün agentlikləri Kaspersky məhsullarını şəbəkələrindən tamamilə çıxarıblar.

Kaspersky Lab oktyabrın sonunda etiraf edib ki, şirkətin proqramı “buludlar”a gizli sayılan fayllar arxivi yerləşdirir. Şirkətin rəhbəri Yevgeny Kaspersky deyib ki, Milli Təhlükəsizlik Agentliyinə aid fayllar “təsadüfən” əldə edilib. Onun sözlərinə görə, faylların məxfiliyi üzə çıxan kimi arxivi dərhal siliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG