Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 06:02

2017-ci ilin yanvar-noyabr aylarında ölkədə 35.7 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) məlumatında yazılıb. DSK bildirir ki, məhsul istehsalı sənayenin qeyri-neft sektorunda 3.5 faiz artıb, neft sektorunda isə 5 faiz azalıb.

Sənaye məhsulunun 69.9 faizi mədənçıxarma sektorunda, 24.9 faizi emal sektorunda, 4.4 faizi elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal olunub. 0.8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunun payına düşür.

Mədənçıxarma sektorunda metal filizlərinin hasilatı 2.9 dəfə artıb, neft hasilatı 6.2 faiz, əmtəəlik qaz hasilatı isə 2.2 faiz azalıb.

Emal sektorunda qida məhsullarının istehsalının 0.6 faiz, içkilərin istehsalının 22.8 faiz, tütün məmulatlarının istehsalının 6 faiz artdığı bildirilir.

Bundan başqa, tikinti materiallarının istehsalının da 29.8 faiz artdığı açıqlanıb.

Amma ayaqqabıların istehsalının 2.8 faiz, kağız, karton istehsalının 1.1 faiz, poliqrafiya məhsullarının istehsalının 9.3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalının da 9.9 faiz azaldığı qeyd edilir.

Habelə, elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcminin 1.6 faiz azaldığı bildirilir.

Son illər ölkə sənayesində ümumi göstəricilər, bir qayda olaraq, aşağı düşür.

Günün bütün mövzuları

XS
SM
MD
LG