Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 02:01

Nyu York hücumu şübhəlisi Trump-ı necə ələ salıb


Nyu York avtovağzalı, 11 dekabr, 2017-ci il

Nyu Yorkda yeraltı keçiddə bomba hücumunda ittiham olunan şəxs hücumdan öncə sosial şəbəkədə Prezident Donald Trump-ı ələ salıbmış. Bu haqda məhkəmə sənədlərində bildirilir.

“Trump, sən xalqı qoruya bilmədin”, – 27 yaşlı banqladeşli mühacir Akayed Ullah dekabrın 11-də səhər Facebook-da yazıbmış. Dekabrın 12-də ictimaiyyətə açıqlanmış 10 səhifəlik ittihamnamədə yazılıb.

Ullah-a beş bəndlik ittihamnamə irəli sürülüb. O, terrorçu qrupa maddi dəstək verməkdə, kütləvi qırğın silahından istifadədə ittiham olunur.

İttihamnaməyə görə, Ullah müalicə olunduğu xəstəxanada hüquq-mühafizə əməkdaşlarına deyib ki, “bunu İslam Dövləti (silahlı qruplaşması) üçün etdim”.

Dekabrın 11-də Times Meydanı yaxınlığındakı yeraltı keçiddə əldəqayırma bomba partlayışından üç nəfər xəsarət alıb.

İrəli sürülən ittihamlar ömürlük həbs cəzası nəzərdə tutur.

Günün bütün mövzuları

XS
SM
MD
LG