Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 09:07

Azərbaycan-Rusiya hərbi-texniki əlaqələr müzakirə olunur


Azərbaycan ilə Rusiya arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunur

Bakıda Azərbaycanla Rusiya Federasiyası arasında Hərbi-Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclası başlayıb.

Bu haqda Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, komissiyanın iclası iki gün davam edəcək.

Toplantıda tərəflər hərbi-texniki əməkdaşlığın cari vəziyyətini nəzərdən keçirməlidir. Həmçinin, 2018-ci illə bağlı əsas fəaliyyət istiqamətləri müzakirə olunmalıdır.

Sonda toplantının yekunlarına dair protokol imzalanacağı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG