Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 17:55

İran prezidentinin yaxın vaxtlarda Azərbaycana səfəri gözlənir.

«Turan» agentliyinin xəbərinə görə, bu haqda İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bildirib. Onun deməsinə görə, səfər yaxın vaxtlarda reallaşacaq. Ancaq dəqiq tarix və səfər proqramı hələlik açıqlanmır.

İranın Azərbaycandakı səfiri prezident Həsən Ruhaninin Neftçala rayonuna da gedəcəyini qeyd edib. Prezidentin həmin şəhərdə inşa edilən Azərbaycan-İran avtomobil zavoduna baş çəkəcəyi bildirilir.

Səfir həmçinin deyib ki, Bakıda Azərbaycan, İran və Türkiyə üçtərəfli müzakirələri gözlənilir.

Azərbaycan, İran və Türkiyənin xarici işlər nazirləri dekabrın 20-də Bakıda bir araya gəlməlidirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG