Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 13:37

Rusiya atletləri Qış Olimpiya oyunlarına gedəcək


Aleksandr Zhukov

Rusiyanın Olimpiya Komitəsi (ROK) ölkə atletlərinin Qış Olimpiya Oyunlarında iştirakına razılıq verib. Dopinq qaydalarının pozulmasına görə Beynəlxalq Olimpiya Komitəsi Rusiyaya qadağa qoyub.

ROK dekabrın 12-də keçirdiyi toplantıda fevralda Cənubi Koreyanın Pxençan şəhərində keçiriləcək oyunlarda iştirakla bağlı mövqeyini razılaşdırıb.

BOK Rusiyanın antidopinq sisteminin “misli görünməmiş sistematik manipulyasiyası”nı əsas gətirərək ona qadağa qoyub. Ancaq BOK rusiyalı atletlərin “Rusiyadan Olimpiya Atletləri” bayrağı altında mübarizə aparmasına icazə verib

ROK-un sədri Aleksandr Zhukov qərarı elan edərkən deyib ki, “bütün iştirakçılar eyni fikirdədirlər: atletlərimiz Koreyaya getməli, yarışmalı və qələbə qazanmalıdırlar”.

Kremlin sözçüsü Dmitry Peskov jurnalistlərə deyib ki, prezident Vladimir Putin də ROK-un qərarını dəstəkləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG