Keçid linkləri

2018, 23 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 14:17

Dekabrın 12-də Parisdə Yer kürəsini qlobal istiləşmədən qorumağa həsr olunmuş bir günlük sammit keçirilir. Sammitdə onlarla dövlət və hökumət başçıları iştirak edir.

Vahid Planet Sammiti Fransa, Dünya Bankı və BMT-nin təşkilatçılığıyla keçirilir, iqlim dəyişikliyinin məhdudlaşdırılmasını hədəfləyən Paris sazişinin ikinci ildönümünə düşür.

Birləşmiş Ştatların “ədalətsiz” Paris paktından çıxacağını bildirən ABŞ prezidenti Donald Trump tədbirə dəvət olunmayıb.

Atmosferi ən çox çirkləndirən Çin, Hindistan, Braziliya, Rusiya, eləcə də Almaniya liderləri də sammitə qatılmayıblar.

Paris iqlim sazişini 2015-ci ildə 195 ölkə qəbul edib. Sənədi imzalayanlar 21-ci əsrdə qlobal temperatur artımını “2 dərəcə Selsidən aşağı” salmaq öhdəliyi götürüblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG