Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:03

Prezident keçmiş prezidentin məzarını ziyarət edib


İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edir. 12 dekabr 2017

AZƏRTAC xəbər verir ki, bu gün, dekabrın 12-də Azərbaycan prezidenti İlham Əliyev və ailə üzvləri Fəxri xiyabana gələrək, Heydər Əliyevin məzarını ziyarət ediblər.

Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin, idarələrin rəhbərləri və bəzi ictimaiyyət nümayəndələri də Fəxri xiyabana gəliblər.

Prezident İ.Əliyev keçmiş prezidentin məzarı önünə əklil qoyub.

Azərbaycanın dövlət himni səslənib.

Bu mərasimdə baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

Mərhum prezident H.Əliyev hazırkı prezident İ.Əliyevin atasıdır.

H.Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində doğulub.

1967-ci ildə Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin edilib. Bu sistemdə general-mayor rütbəsinə qədər yüksəlib.

1969-cu il iyul plenumunda H.Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

1982-ci ilin dekabrında o, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

H.Əliyev 1987-ci ilin oktyabrında vəzifəsindən azad edilib və 1990-cı ilin 20 Yanvar hadisələrindən sonra Bakıya qayıdıb. O, 1991-ci ilin iyulunda Kommunist Partiyasının sıralarını tərk edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və sədri seçilib.

O, 1993-cü ilin may-iyun aylarında baş verən siyasi və hərbi gərginliklər fonunda Azərbaycanda hakimiyyətə gəlib.

1993-cü il oktyabrın 3-də H.Əliyev prezident seçilib. O, 1998-ci il oktyabrın 10-da keçirilən növbəti seçkilərdə yenidən Azərbaycan prezidenti olub.

Onun 2003-cü il dekabrın 12-də ABŞ-ın Klivlend klinikasında vəfat etdiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG