Keçid linkləri

Təcili xəbərlər
2018, 17 İyul, çərşənbə axşamı, Bakı vaxtı 15:55

Üçüncü prezidentin vəfatından 14 il keçir


Heydər Əliyev

Bu gün, dekabrın 12-si Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin ölümünün 14 ili tamam olur.

H.Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində doğulub.

1944-cü ildən dövlət təhlükəsizliyi orqanlarında işləyib. Bu sistemdə H.Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədr müavini, 1967-ci ildən isə sədri vəzifəsində çalışıb. General-mayor rütbəsinə qədər yüksəlib.

1969-cu il iyul plenumunda H.Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən H.Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

H.Əliyev 1987-ci ilin oktyabrında vəzifəsindən azad edilib və 1990-cı ilin 20 Yanvar hadisələrindən sonra Bakıya qayıdıb. O, 1991-ci ilin iyulunda Kommunist Partiyasının sıralarını tərk edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və sədri seçilib.

O, 1993-cü ilin may-iyun aylarında baş verən siyasi və hərbi gərginliklər fonunda Azərbaycanda hakimiyyətə gəlib. Onu prezident Əbülfəz Elçibəy iyunun 4-ü Gəncədə bir hərbi hissənin hökumətə itaətsizliyindən sonra Bakıya dəvət edib. İyunun 15-də Ali Sovetin sədri seçilən H.Əliyev Ə.Elçibəyin Bakını tərk edib doğulduğu Naxçıvana getməsi ilə prezident səlahiyyətini icra edib. Hökumətə itaətsizlik göstərən polkovnik Sürət Hüseynov isə H.Əliyevin təqdimatı ilə baş nazir olub.

1993-cü il oktyabrın 3-də H.Əliyev prezident seçilib. O, 1998-ci il oktyabrın 10-da keçirilən növbəti seçkilərdə yenidən Azərbaycan prezidenti olub.

Onun 2003-cü il dekabrın 12-də ABŞ-ın Klivlend klinikasında vəfat etdiyi bildirilir. O, ölümündən əvvəl xəstəxanadaca oğlu İlham Əliyevi baş nazir təyin edib. Həmin ilin oktyabrında İ.Əliyev prezident seçilib. Hazırda da hakimiyyətdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG