Keçid linkləri

Təcili xəbərlər
2018, 10 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:55

Lyudmila Alekseyeva-ya dövlət mükafatı verilib


Lyudmila Alekseyeva

Rusiya prezidenti Vladimir Putin hakimiyyətdə olduğu 18 il ərzində onun hərəkətlərini açıq tənqid etmiş insan haqları fəalı Lyudmila Alekseyeva-ya dövlət mükafatı verib.

Putin-in dekabrın 11-d dərc olunmuş fərmanında deyilir ki, Alekseyeva-ya mükafat “2017-ci ildə insan haqlarının qorunmasında böyük uğurlarına görə” verilir.

Sovet dövrü dissidenti, 1960-cı illərdə insan haqları hərəkatının yaradıcılarından olan Alekseyeva Moskva Helsinki qrupunun sədridir.

Putin 2000-ci ildə hakimiyyətə gələndən o, insan haqları və demokratiyanın durumunda dramatik geriləmə baş verdiyini qeyd edib.

Bu mükafat xəbəri çıxandan beş gün öncə Putin 18 mart prezident seçkisinə gedəcəyini açıqlayıb. Bu səbəbdən bugünkü fərman onun tanınmış fəalın dəstəyini qazanmaq, yaxud onun tənqidini azaltmaq istəyilə bağlı şübhələr oyadıb.

Putin iyulda Alekseyeva-nın 90 illiyi münasibətilə ona mənzilində baş çəkmişdi.

Alekseyeva dekabrın 11-də mükafata görə “çox minnətdar olduğunu” söyləyib, mükafatın ona deyil, Moskva Helsinki Qrupuna verildiyini vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG